Masallı rayonunun Musaküçə kəndində xeyriyyəçilərin dəstəyi ilə növbəti sosialyönümlü layihə həyata keçirilmişdir.
Belə ki, kənd sakinlərinin rahat gediş-gəlişinin təmin olunması məqsədilə kənddaxili yolun məscid istiqamətində yerləşən 300 metrlik hissəsinə asfalt örtüyü döşənmişdir. Görülən işlər nəticəsində həmin ərazidə nəqliyyat vasitələrinin və piyadaların hərəkəti xeyli asanlaşmış, yolun istifadəsi daha rahat və təhlükəsiz olmuşdur.
Kənd sakinləri həyata keçirilən bu təşəbbüsün yaşayış məntəqəsinin infrastrukturunun yaxşılaşdırılmasına mühüm töhfə verdiyini qeyd etmişlər.
Qeyd edək ki, Musaküçə kəndində həyata keçirilən bu kimi xeyriyyəçilik tədbirləri əhalinin sosial rifahının yüksəldilməsinə və kəndin abadlaşdırılmasına xidmət edir.

