Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşın yaşayış şəraiti ilə yerində tanış olub

Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşın yaşayış şəraiti ilə yerində tanış olub
  • Cəmiyyət

  • Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov, idarə və müəssisə rəhbərləri, ərazi nümayəndəsi, bələdiyyə sədri, media nümayəndələri və ictimaiyyət təmsilçiləri ilə birlikdə Öncəqala ərazisinin Hüseynhacılı kəndində tənha yaşayan Cahangirova Markizə Qulam qızının yaşadığı ünvanda olub.

    Rayon rəhbəri tərəfindən əvvəllər verilmiş tapşırıqların icrası çərçivəsində vətəndaşın yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə baxış keçirilib, aidiyyəti qurumlar tərəfindən həyata keçirilən tədbirlərin icra səviyyəsi qiymətləndirilib.

    Baxış zamanı tənha yaşayan vətəndaşın gündəlik məişət ehtiyaclarının təmin olunması, sosial dəstək tədbirlərinin davam etdirilməsi və səhhəti ilə bağlı məsələlərin diqqətdə saxlanılması istiqamətində görülən işlərin davam etdiyi bildirilib.

    Rayon rəhbərliyi tərəfindən vətəndaş müraciətlərinə həssas yanaşmanın bundan sonra da davam etdiriləcəyi, xüsusilə tənha və həssas kateqoriyadan olan şəxslərin sosial rifahının yaxşılaşdırılmasının daim diqqət mərkəzində saxlanılacağı vurğulanıb.

    Cahangirova Markizə Qulam qızı ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, göstərilən həssas münasibəti yüksək qiymətləndirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə təşəkkürünü bildirmişdir.

    PAYLAŞ:

    Oxşar xəbərlər