Kənd Təsərrüfatının İnkişafı Azərbaycanın Gələcəyidir

Kənd Təsərrüfatının İnkişafı Azərbaycanın Gələcəyidir
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı bu sahənin ölkə iqtisadiyyatında mühüm rol oynadığını vurğulamışdır. Prezident qeyd etmişdir ki, kənd təsərrüfatı həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm də regionların inkişafı baxımından strateji sahədir. Çıxışda fermerlərin fəaliyyətinə dövlət dəstəyinin artırılması məsələsinə xüsusi diqqət yetirilmişdir.

     Bildirilmişdir ki, subsidiyaların verilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərir. Prezident müasir texnologiyaların tətbiqinin vacibliyini də qeyd etmişdir. Suvarma sistemlərinin yenilənməsi və torpaqlardan səmərəli istifadə əsas prioritetlərdən biri kimi göstərilmişdir. Müşavirədə kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılması məsələsi də müzakirə olunmuşdur. Dövlət başçısı Azərbaycanın kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəldiyini bildirmişdir.

    Prezident çıxışında kəndlərdə məşğulluğun artırılmasının vacibliyini vurğulamışdır. O qeyd etmişdir ki, kənd təsərrüfatının inkişafı yeni iş yerlərinin açılmasına səbəb olur. Bu isə insanların rifah halının yaxşılaşmasına xidmət edir. Müşavirədə heyvandarlıq və bitkiçilik sahələrinin inkişaf perspektivləri də geniş şəkildə müzakirə olunmuşdur. Prezident fermerlərin texnika ilə təmin olunmasının davam etdiriləcəyini bildirmişdir. Aqrar sahədə innovativ yanaşmaların tətbiqinin əhəmiyyəti xüsusi qeyd edilmişdir. Çıxış zamanı ekoloji təmiz məhsul istehsalının artırılması məsələsinə də toxunulmuşdur. Prezident yerli məhsulların keyfiyyətinin yüksək olmasının vacibliyini bildirmişdir. O, kənd təsərrüfatında çalışan insanların əməyini yüksək qiymətləndirmişdir. Dövlət başçısı qeyd etmişdir ki, kənd zəhmətkeşləri ölkənin iqtisadi inkişafına böyük töhfə verirlər.

    Müşavirədə aqrar sahənin gələcək inkişaf strategiyası barədə də danışılmışdır. Prezident uzunmüddətli proqramların həyata keçirilməsinin vacibliyini vurğulamışdır. O bildirmişdir ki, kənd təsərrüfatı sahəsində aparılan islahatlar davam etdiriləcəkdir. Fermerlərin maarifləndirilməsi və təlim proqramlarının genişləndirilməsi də əsas məsələlərdən biri kimi qeyd olunmuşdur. Çıxışda kənd təsərrüfatının ölkənin qeyri-neft sektorunun aparıcı istiqamətlərindən biri olduğu bildirilmişdir. Prezident Azərbaycanın aqrar potensialının çox böyük olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, düzgün siyasət nəticəsində kənd təsərrüfatı daha da inkişaf edəcəkdir. Sonda Prezident bütün aidiyyəti qurumlara tapşırıqlar vermiş və kənd təsərrüfatının inkişafının daim diqqət mərkəzində olacağını bildirmişdir. Bu çıxış bir daha göstərdi ki, Azərbaycanda aqrar sahənin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.


    Aybəniz Novruzova, 
    Masallı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi
    PAYLAŞ:

    Oxşar xəbərlər