Şirvan suvarma kanalının əsasının qoyulması aqrar sahə üçün əlamətdar hadisədir

Şirvan suvarma kanalının əsasının qoyulması aqrar sahə üçün əlamətdar hadisədir
  • Cəmiyyət

  • Son illər uğurla  həyata keçirilmiş infrastruktur islahatlar Azərbaycanın davamlı inkişafına öz töhfəsini verir və bu tendensiya ildən-ilə güclənir.Bütün sahələrdə olduğu kimi, qlobal su çatışmazlığı şəraitində mühüm əhəmiyyət daşıyan suvarma sistemlərinin yaxşılaşdırılmasına və inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi də ümumi inkişaf üçün strateji önəm daşıyır. Qlobal iqlim dəyişikliyi ilə bağlı dünya ciddi quraqlıq problemi ilə üz-üzədir və bu amili nəzərə alan ölkələr sudan istifadədə israfçılığa yol verməməyə çalışırlar. Bu qlobal problemi ilə üzləşən Azərbaycan da Kür və Araz hövzələrinin dayazlaşması ilə əlaqədar 2019-2021-ci illərdə ciddi suvarma böhranı yaşamışdı. Bu cür problemin aradan qaldırılması yalnız yeni su anbarlarının tikilməsindən, suvarma kanallarının modernləşdirilməsindən və qənaətcil suvarma sistemlərindən istifadədən sonra mümkün ola bilər. 
                   
    Möhtərəm Prezident  cənab İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən, ölkədə 20 ədəd suvarma kanalının,10 ədəd su anbarının tikintisi nəzərdə tutulur. Aprelin 16-da Prezident İlham Əliyevin Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyması bu böyük prosesin sürətlə aparıldığının bir daha təsdiqi oldu. 1958-сi ildə istismara verilmiş, mənbəyini Mingəçevir su anbarı və Kür çayından götürən, uzunluğu 123,5 km olan Yuxarı Şirvan suvarma kanalı vasitəsilə Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarının əkin sahələri və Şirvan qış otlaqları suvarılır. Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı “Şirvan suvarma kanalının yenidən qurulması haqqında” sərəncamında da qeyd olunduğu kimi ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. 
               
    Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının əsasının qoyulması aqrar sahə üçün əlamətdar hadisə oldu. Prezident İlham Əliyevin vurğuladığı kimi icra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır.
               
    Bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilmişdir. Onların arasında, ilk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalını qeyd etməliyəm. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır.
    Şirvan kanalının əhəmiyyəti də göz önündə olacaqdır. Bu, bizim ən böyük - suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaqdır. Əminəm ki, yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə bu yeni kanalın əhəmiyyətini hər kəs görəcək.”
               
    Şirvan kanalının 2027-ci ilin sonuna qədər istifadəyə veriləcəyi gözlənilir.Cənab Prezidentin bütün sözləri, verdiyi bütün vədlər hər zaman yerinə yetirilib.Azərbaycan öz problemlərini müstəqil şəkildə həll etməyi bacaran ölkədir. Prezident İlham Əliyevin həmişə  bildirdiyi kimi Azərbaycan öz gücünə, öz imkanlarına arxalanan dövlətdir.Azərbaycan gələcəyə döğru inamla inkişaf edir.


       
    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

    PAYLAŞ:

    Oxşar xəbərlər