22 may 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Şıxlar ərazisində fəaliyyət göstərən kümçü ilə görüşərək ipəkqurdunun bəslənmə şəraiti və görülən hazırlıq işləri ilə yerində tanış olmuşdur.
Görüş zamanı ipəkqurdunun aqrotexniki qaydalara uyğun bəslənməsi və düzgün qulluq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Kümçü tərəfindən bildirilib ki, mövsümə hazırlıq məqsədilə saxlanma yeri əvvəlcədən hazır vəziyyətə gətirilmiş, otaqda zəruri istilik şəraiti yaradılmış və yem ehtiyatı tam təmin edilmişdir.
Rayon rəhbəri ölkədə baramaçılığın inkişafına göstərilən dövlət dəstəyinin kənd əhalisinin məşğulluğunun artırılmasında və sosial rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını qeyd etmiş, bu sahənin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışdır. Görüş zamanı müvafiq tövsiyə və tapşırıqlar da verilmişdir.
