19 may 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun tapşırığına əsasən Masallı rayonunun Qəriblər kəndində turizm obyektlərində mövsümə hazırlıq vəziyyəti ilə bağlı görüş keçirilmişdir.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov, şöbə müdirinin müavini-sektor müdiri Nəsib Bağırov, aparatın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə, ərazi nümayəndəliyi, bələdiyyə, həmçinin 11 saylı Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin nümayəndəsi, Mənzil Kommunal Təsərüfatı İstehsalat Birliyinin əməkdaşları və turizm obyektlərinin rəhbərləri iştirak etmişlər.
Görüşü Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov açaraq turizm mövsümünün başlanması ilə əlaqədar turizm obyektlərində aparılmış monitorinqlə bağlı qeyd etmişdir ki, mövsümlə əlaqədar gələn qonaqlar üçün şəraitin yaradılması və yüksək xidmətin göstərilməsi ilə yanaşı qanunamüvafiq dormada vergi və məişət tullantılarının daşınması ilə bağlı müqavilələrin bağlanmasının, obyektlərdə abadlıq işlərinin aparılması, reklam lövhələrinin bərpa edilməsi, xüsusilə hasarların bərpası və rənglənməsi ilə yanaşı digər tədbirlərin görülməsin vurğulamışdır.
Görüşdə çıxış edən turizm obyektlərinin rəhbərləri xüsusi ilə Qəriblər-İsti su yolunun əsaslı təmir olunmasının, yola və elektrik xəttlərinə maneə yaradan ağacların budanmasının, elektrik təsəsrrüfatında olan fasilələrin aradan qaldırılması, ərazidə dezinfeksiya işlərinin aparılması və bulaqlardan axan sular üçün arxların bərpa edilməsinin vacibliyini qeyd etmişlər.
Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov dərhal müvafiq təşlkilatlarla qaldırılmış məsələlərin həlli istiqamətində tapşırıqlar vermiş və ən qısa zamanda mövcud problemlərin aradan qaldırlmasın bildirmişdir.
Görüş zamanı digər çıxış edənlər Masallının zəngin təbiəti, meşəlik və istirahət zonalarının rayonda turizmin inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayaraq, turizm mövsümündə rayonun qonaqlarının rahat istirahətinin təmin edilməsinin vacibliyini qeyd etmişlər. Bildirilmişdir ki, turizm obyektlərində xidmət keyfiyyətinin artırılması, ətraf mühitin qorunması və mövcud infrastrukturun daim diqqətdə saxlanılması rayonun turizm potensialının daha da inkişafına mühüm töhfə verəcəkdir.
Sonda tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Ölkə Rəhbəri Cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

