Masallıda “Ümummilli Lider Heydər Əliyevin memarlıq siyasəti və şəhərsalma irsi” mövzusunda konfrans

Masallıda “Ümummilli Lider Heydər Əliyevin memarlıq siyasəti və şəhərsalma irsi” mövzusunda konfrans
  • Cəmiyyət

  • 14 may 2026-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı rayonu üzrə mədəniyyət müəssisələri, Masallı Rayon İcra Hakimiyyəti, Masallı Dövlət Regional Kolleci, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin birgə təşkilatçılığı,Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon Komitəsinin dəstəyi ilə “Ümummilli Lider Heydər Əliyevin memarlıq siyasəti və şəhərsalma irsi” mövzusunda konfrans keçirilib.

    Konfransda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda memarlıq ənənələrinin qorunması, şəhərsalma siyasətinin inkişafı, tarixi-mədəni abidələrin bərpası və müasir infrastrukturun formalaşdırılması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərdən bəhs olunub.

    Çıxış edən natiqlər Ulu Öndərin memarlıq və şəhərsalma sahəsində müəyyənləşdirdiyi strateji yanaşmanın müasir dövrdə də aktuallığını qoruduğunu vurğulayıblar.

    Tədbir çərçivəsində Azərbaycan memarlığı və şəhərsalma irsinə həsr olunmuş sənədli film nümayiş etdirilib, həmçinin mövzuya dair kitab sərgisinə baxış keçirilib. İştirakçılar sərgidə nümayiş olunan nəşrlərlə yaxından tanış olub, memarlıq irsinin qorunmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.


    PAYLAŞ:

    Oxşar xəbərlər