Xəbər verdiyimiz kimi bu gün,18 aprel 2024-cü il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin 2019-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki yığıncağı keçirilib.
Konfranda Masallı Rayon İcra Hakimiyyəti başçısının məsul nümayəndələri və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı sədrinin müavini iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Sonra konfrans iştirakçıları Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Masallı Rayon Komitəsinin sədri Camal Hüseynov konfransı giriş sözü ilə açaraq məruzə ilə çıxış edib.
Sonra təftiş komissiyası haqqında Təskin Şahbazovun hesabat-məruzəsi dinlənilib, 2019-2024-cü illər ərzində Masallı rayon Həmkarlar İttifaqının fəaliyyəti haqqında konfrans iştirakçılarına məlumat verildi.
Daha sonra gündəlikdəki digər məsələlər dinlənildi.
Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Abbas Abbaszadə konfrans iştirakçılarına Masallıı RİH başçısı cənab Araz Əhmədovun salamllarını çatdırıb, təşkilatın fəaliyyəti haqqında məlumat verib.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Əbülfəz Mehdiyev geniş nitqində təşkilatın qarşısında duran vəzifələr barədə məlumat verib.
Açıq səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin plenum üzvləri və təftiş komissiyasının üzvləri seçildi.
Gündəliyə əsasən, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin seçilməsi səsə qoyuldu və Camal Hüseynov yenidən DİİXİNİ Masallı Rayon Komitəsinin sədri seçildi.