22 aprel 2026-cı il tarixdə rayon rəhbəri Birinci Qarabağ müharibəsi şəhidi Qasımov Rüstəm Qənimət oğlunun məzarının təmiri, yenidən qurulması və ətrafının səliqəyə salınması istiqamətində həyata keçirilən işlərin yekun vəziyyətinə baxış keçirib. Bildirilib ki, görülən tədbirlər artıq uğurla başa çatdırılıb.
Ziyarət zamanı rayon rəhbəri Xırmandalı kəndində yerləşən digər şəhid məzarlarını da ziyarət edərək onların xatirəsini ehtiramla yad edib.
Rayon rəhbəri şəhidlərin xatirəsinin əziz tutulmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb və bu sahədə görülən işlərin davamlı xarakter daşıdığını qeyd edib.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların məzarlarının və abidələrinin qorunub saxlanılması istiqamətində Masallı rayonunda ardıcıl tədbirlər həyata keçirilir.
