Rayon rəhbəri Masallı rayonunun Xırmandalı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Qasımov Rüstəm Qənimət oğlunun ailəsi üçün inşa edilmiş fərdi yaşayış evinə baxış keçirmişdir.
Baxış zamanı evdə görülən işlərin mövcud vəziyyəti barədə rayon rəhbərinə məlumat verilib.
Rayon rəhbəri şəhid ailələrinə göstərilən dövlət qayğısının daim diqqət mərkəzində olduğunu vurğulayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.
Qeyd edək ki, şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Masallı rayonunda ardıcıl işlər görülür.


