22 aprel 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əsaslı təmir olunmuş inzibati binasına baxış keçirmişdir.
Rayon rəhbəri binanın ümumi vəziyyəti, maddi-texniki bazası və yaradılmış iş şəraiti ilə yerində tanış olub.
Masallı Rayon İcra Hakimiyyəti başçısının Köhnə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kərim Ağayev görülmüş işlər barədə ətraflı məlumat verərək bildirib ki, binada əməkdaşların fəaliyyəti üçün zəruri şərait yaradılıb.
Rayon rəhbəri çıxışında ərazi nümayəndəliklərinin fəaliyyətinin gücləndirilməsi və müasir şəraitin yaradılmasının vacibliyini qeyd edib. Bildirilib ki, yeni və təmir olunmuş inzibati binalar sakinlərə göstərilən xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, operativliyi təmin edir və idarəetmənin səmərəliliyinə mühüm töhfə verir.
