1,2 milyon izləyicinin seçimi - Esmira Rzayeva qalib oldu

1,2 milyon izləyicinin seçimi - Esmira Rzayeva qalib oldu
  • Cəmiyyət

  • 1,2 milyonluq Express.Xeberler səhifəsində sorğu  (Sizcə Azərbaycanda ən tanınmış vəkil kimdir?)  başa çatdı və qalib vəkil bəlli oldu.

    Express.Xeberler Instagram hesabında keçirilən sorğunun nəticələrinə əsasən, Esmira Rzayeva 45% səs çoxluğu ilə ən tanınmış vəkil adını qazandı. 1,2 milyon izləyicisi olan platformada baş tutan səsvermə sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.

    Sorğuda minlərlə izləyici iştirak edib və səsvermənin yekun nəticələri vəkil Esmira Rzayevanın üstünlüyü ilə tamamlanıb. 

    Qeyd edək ki, Express.Xeberler sosial mediada ən fəal xəbər platformalarından biri kimi tanınır.

    Vəkil Esmira Rzayevanı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq. 

    Nərmin Balacayeva
    PAYLAŞ:

    Oxşar xəbərlər