Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi 20 Yanvar faciəsinin 36‐cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin məzarları üzərinə qərənfillər düzüb, onların əziz xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.