Bakıda bu binaya siçovullar daraşıb

Bakıda bu binaya siçovullar daraşıb
  • Cəmiyyət

  • Bakının Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanında yerləşən binaya siçovullar daraşıb.

    “Leqal”ın məlumatına görə, siçovullar avtomobillərin su və yanacaq borusunu gəmirərək, yararsız hala salıb.

    Buradakı yaşayış binasında yaşayan sakinlər 2 aydır ki, siçovullarla mübarizə apardıqlarını deyirlər.

    Sakinlərin sözlərinə görə, binanın ətrafına məişət tullantıları atıldığı üçün siçovullar burada məskən salıb.

    Binanın problemi bununla da bitmir. Sakinlər deyirlər ki, kanalizasiya boruları köhnədir və tez-tez tutulur, nəticədə çirkli su zirzəmiyə dolur və ətrafa pis qoxu yayılır.

    Binanın həyətinə doluşan siçovullarla bağlı ərazi üzrə Mənzil Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, ünvana baxış keçiriləcək və dərmanlama işləri aparılacaq.

    Kanalizasiya problemi ilə bağlı isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Sukanal idarəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Problemin həll olunması istiqamətində işlərin başlanılması nəzərdə tutulur.

    Daha ətraflı “Xəzər” TV-nin videomaterialında:

    PAYLAŞ:

    Oxşar xəbərlər