20 sentyabr Azərbaycanın müstəqillik iradəsinin rəmzi

20 sentyabr Azərbaycanın müstəqillik iradəsinin rəmzi
  • Cəmiyyət

  • 20 sentyabr müstəqil dövlət olan Azərbaycanın qəhrəman əsgər və zabitlərinin, şəhidlərinin qanı hesabına qazanılmış, xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüzün, suverenliyimizin əldə edilməsində keçilən yola nəzər salır.

    Suveren dövlət beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, özünün daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlətdir. Həmçinin suveren dövlət müasir dövlət anlamına gəlir. Əgər bu gün kimsə “müasir dövlət” terminini işlədirsə bu, siyasi müstəvidə suveren dövləti ifadə edir.

    Çünki bəşəriyyətin hazırkı yaşam tərzi məhz suveren dövlətin meydana çıxmasından sonraya təsadüf edir və onun mahiyyətindən qaynaqlanır. Suveren dövlətin meydana çıxması ilə suveren dövlətlər sistemi yaranıb və müasir beynəlxalq münasibətlər təşəkkül tapıb. Bu münasibətlər suveren dövlətlər arasında yeni normaların və davranış standartlarının yaranması ilə müşayiət edilib. Lakin suverenliyin paradoksal xüsusiyyəti onların tətbiqində meydana çıxan ikili standartlarda özünü büruzə verir. Məsələn, insanlara, xalqlara, dövlətlərə, dinlərə, irqlərə və digər insan toplumlarına eyni gözlə baxmamaq, onları fərqli qiymətləndirmək, tərəfkeşlik tutmaq, haqqı, ədaləti birinin xeyrinə, digərinin ziyanına şərh etmək və ya pozmaq. Böyük dövlətlərin kiçik dövlətlərə qarşı və ümumiyyətlə, bir dövlətin digər iki dövlətə qarşı fərqli, qərəzli yanaşması ikili standartların ən çox müzakirə edilən və ən ağrılı tərəfidir. 

    1990-cı illərin əvvəllərindən Ermənistanın hərbi təcavüzü ilə üzləşən ölkəmiz beynəlxalq birlik tərəfindən tanınmış və suveren Azərbaycan hakimiyyətinin coğrafi sərhədləri daxilində yerləşən ərazilərinin 20 faizinin işğal edilməsi ilə qarşı-qarşıya qaldı. BMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal etmişdi. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir. Bu ərazilər işğal edilsə də suveren Azərbaycan ərazisi olaraq tanınırdı. Çünki suverenlik dövlətin davamlılığını və qarşılıqlı münasibətlərini təmin edən əsas amil kimi çıxış edir.

    Ermənistanın müasir dövlət prinsiplərinə yanaşması orta əsr yanaşmasına əsaslanırdı. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə vermədi. Ermənilər bir növ suveren dövlətlər sistemində yaşadıqlarını unudub, orta əsr qaydalarına uyğun olaraq dövləti canlı varlıq kimi nəzərdən keçirirdilər. Sanki dövlət digər dövlətlərin ərazilərini işğal edib istədiyi qədər ekspansiya edə bilərdi. Onlar unutdular ki, suveren dövlət artıq hüquqi əsaslara, davamlı mövcudluğa malikdir və onun tanınmış sərhədlər daxilində mövcudluğu beynəlxalq hüquq tərəfindən qorunur.


    İlkin Quliyev,
    YAP Masallı rayon təşkilatının əməkdaşı
    PAYLAŞ:

    Oxşar xəbərlər