Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi

Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
  • Cəmiyyət

  • 13 iyun 2025-ci il tarixdə rayon rəhbərliyi Masallı rayonun Nəzəroba kəndində I Qarabağ müharibəsinin II qrup əlili Fuad Tahirovun yas mərasimində iştirak etmişlər.
    Masallı rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlayır, onların qayğıları ilə mütəmadi maraqlanmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühüm addımlar atır.

    Bunun bariz nümunəsi olaraq qeyd etmək istərdik ki, Miyanku ərazisinin Nəzəroba kəndində vəfat edən 1975-ci il təvəllüdlü I Qarabağ müharibəsinin II qrup əlili Fuad Tahirovun yas mərasimində Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla birlikdə başçının birinci müavini Tohid Hüseynov, başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadiyev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, hüquq mühafizə orqanları və media nümayəndələri iştirak etmişlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər