Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu

Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
  • Cəmiyyət

  • Masallı rayon İcra Hakimiyyətinin başçısının tapşırığına uyğun olaraq rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.

    Bütün qeyd olunanlara nümunə olaraq 11 iyun 2025-ci il tarixdə rayonun Təzəkənd kəndində keçirilən vətəndaş qəbulundan dərhal sonra Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəliyi, bələdiyyə, şəhid ailələri, din xadimləri, media nümayəndələri və vətəndaşların iştirakı ilə ərazidə olan şəhidlərin məzarı ziyarət edilmiş, qəbirüstü abidələri önünə tər qərənfillər düzülərək şəhidlərin ruhunu ehtiramla yad etmişlər.

    Ərazidə dəfn olunmuş bütün şəhid məzarları önündə Masallı rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi, din xadimləri, şəhid ailələri və sakinlərin iştirakı ilə dualar oxunmuşdur.


    PAYLAŞ:

    Oxşar xəbərlər