
10 iyun 2025-ci il tarixində gecə saatlarında Masallı rayonunun Xırmandalı kənd sakini, 1961-ci il təvəllüdlü İsmayılov Hasil Sərxoş oğluna məxsus ümumi sahəsi 260 kv.metr olan 2 mərtəbəli fərdi yaşayış evində yanğın baş vermiş və evin 155 kv.metr hissəsi yanmışdır. Vətəndaş Hasil İsmayılov evini 2025-ci ilin yanvar ayında 1 il müddətinə 30 manat məbləğində müvafiq sığorta şirkətində sığorta etdiyi üçün 11.06.2025-ci il tarixində səhər saatlarında artıq həmin sığorta şirkətinin əməkdaşları yanğın baş vermiş evdə olmuş dərhal sənədləşmə işlərinə başlamışlar.
Hazırda vətəndaşa dəymiş ziyanın məbləği müəyyənləşdirilir və FHN-nin rəyindən dərhal sonra sığorta şirkəti tərəfindən vətəndaşa dəymiş ziyanın ödənilməsi işləri həyata keçiriləcəkdir.
Vətəndaşlara fövqəladə vəziyyətlərdə, eləcə də yanğın hadisələri zamanı daşınmaz əmlaka dəymiş ziyanın qarşılanması üçün əmlaklarının sığortalanması tövsiyə olunur.