Masallıda Qurban bayramı - 2025

Masallıda Qurban bayramı - 2025
  • Cəmiyyət

  • Müqəddəs qurban bayramı münasibətilə Masallı rayonunda şəhid ailələrinə, müharibə əlillərinə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə, yaşlı və tənha insanlara dəstək məqsədilə humanitar tədbirlər həyata keçirilimişdir.
    Belə ki, Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid ailələrinə, müharibə əlillərinə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə, yaşlı və tənha insanlara ərzaq və qurban əti paylanılmış, onlara bayram sevinci yaşadılmışdır.

    Eyni zamanda Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü və xeyriyyəçilərin maddi dəstəyi ilə rayonun bütün yaşayış məntəqələrində şəhid ailələrinə, müharibə əlillərinə, müharibə iştirakçılarına və aztəminatlı ailələrə bayram sevinci yaşatmaq məqsədilə qurban paylarının bölgüsü təşkil olunmuşdur.


    PAYLAŞ:

    Oxşar xəbərlər