BİR AĞ GÖYƏRÇİN GƏLMİŞDİ ÖZÜ İLƏ MƏHƏMMƏDİ də GÖTÜRÜB QANAD AÇDİ GÖYLƏRƏ

BİR AĞ GÖYƏRÇİN GƏLMİŞDİ ÖZÜ İLƏ MƏHƏMMƏDİ də GÖTÜRÜB QANAD AÇDİ GÖYLƏRƏ
  • Cəmiyyət

  • Şəhadətə yüksəldiyi andan etibarən heç yadimdan çixmadi Məhəmməd. İçimdə elə bir hönkürtü varki.... 
    Nə qədər ağlasam, yoox, yoox deyə hönkürsəm də yenə də keçməz bu hönkürtü. 

    Məhəmmədin həyatinda yaşadiqlarina nəzər saldiqca bir daha  Şəhidliyin yalniz pak, seçilmiş insanlara nəsib olduğuna şahid oluruq. Şəhadət ən ali eşqdir, bu eşqin isə ən yüksək zirvəsi Şəhidlikdir. Məhəmmədlə mən eyni taborda xidmət etmişik.Onun safliğini, öz yoldaşlarina qarşi nəzakətli və alicənabliğini heç nə ilə müqayisə edə bilmərəm. 

    Məhəmməd evin yeganə övladi olduğuna görə onu ehtiyata rabitəçi vermişdilər. Həmin gecə o postda olan çooxlu əsgərlər içərisindən Şəhadətə yüksələn yeganə Şəhidlərdən oldu  Məhəmməd. 

    Ağ bir Göyərçin isə onun şəhadətindən 10 gün əvvəl ona Şəhidliyi müjdə gətirmişdi.O Ağ Göyərçin Məhəmmədi də qanadlarina alib üz tutdu göylərin ən ali zirvəsinə. May ayinin ilk günləri bir yaz səhəri idi. Biz ehtiyat postda idik. Kazarmanin pəncərəsi açiq idi. Məhəmməd əsgərlər üçün çay dəmləyirdi.Həmin vaxt bir ağ Göyərçin pəncərədən içəri uçaraq Məhəmmədin çarpayisinin üzərinə qondu. Məhəmməd çarpayisina tərəf qaçaraq Göyərçini tutmağa çalişsa da o uçub getdi. İnanmaq olmur hadisələrin belə tez baş verməyinə. Xidmət etdiyimiz yerlərdə sakitçiliq idi. Heç kim deyə bilməzdi ki, bir neçə gün sonra atişma başlayacaq  Məhəmməd isə eşqin ali zirvəsinə yüksələrək  Şəhid olacaq. 

    Məhəmməd təxris olacaği 49 cu günü geri sayim edirdi amma həmin gecə yəni May ayinin 12 si gecəsi onun üçün dünya həyati və bu dünyada olan sinaq müddəti başa çatdi.Bizi həyəcanla qaldirdilar. Hami döyüşə hazir vəziyyətdə geyinib öz mövqelərini tutdu.

    Bir neçə dəqiqə sonra rabitəyə zəng gəldi.Məhəmməd xidmət edən postdan bir əsgər boğunuq səslə burda bir əsgər, bir zabitimiz yaralandi. Əsgərin vəziyyəti ağirdi. O çoxlu qan itirir dedi və səs kəsildi. Həmin əsgər Qarayev Məhəmməd Mahir oğlu idi. Onu bu dünyaya qonaq edən Rəbbi onu bəndələri içindən seçib ən ali məqam olan Şəhidlik zirvəsinə ucaltdi.

    Həmin anda yaşadiqlarim və keçirdiyim hisslər üzərindən iki il ötsə də tərk etməyib məni. Nə qədər həyatdayamsa heç zaman yadimdan çixmayacaq. Bu kədər və Şəhid Məhəmmədin kədəri son nəfəsimə qədər mənimlə yoldaşdi. Bu hissləri bir bəndlik yazdiğim şeirimlə belə ifadə edirəm.

    Kövrəklik, göz yaşları tək sirdaşım oldu 
    Nə olar, ana, ağlama deyə bilmədim 
    Şəhid olan dostum yox, əsgər yoldaşim oldu 
    Fələk zamansiz apardi niyə bilmədim.

     

    Biz Məhəmmədlə birlikdə xidmət edən əsgər yoldaşlari olaraq onu heç zaman unutmayacağiq. Onun xatirəsini və adini daim uca tutacağiq. 
    Nur içində yatsin inşallah. Allahdan ailəsinə sonsuz səbr, dözüm arzulayıram.

    Hörmətlə: Şəhid Qarayev Məhəmmədin əsgər yoldaşi,
    İlahiyyatçi, Yazar, Publisist Tural Qəlbinur 
    PAYLAŞ:

    Oxşar xəbərlər