Dövlət Komitəsinin sədri Qazax rayonunda vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin sədri Qazax rayonunda vətəndaşları qəbul edəcək
  • Cəmiyyət

  • Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 19-da Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

    Qəbul saat 11:00-da Qazax rayon Ədəbiyyat muzeyində (ünvan: Qazax şəhəri, Heydər Əliyev prospekti) keçiriləcəkdir.

    Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinə (əlaqə vasitələri: (055) 300 99 82, (022) 312 38 91, [email protected][email protected]) müraciət etmələri xahiş olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər