Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 25-də Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Laçın və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyasının Ağcabədi Rayon Təşkilatının inzibati binasında (ünvan: Ağcabədi şəhəri, Heydər Əliyev prospekti 213 A) keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinə (əlaqə vasitələri: (050) 315 53 52, (021) 275 52 00, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.