Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 23-də Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qəbul saat 11:00-da Masallı rayonundakı Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi, 17) keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinə (əlaqə vasitələri: (025) 215 51 59, (051) 915 21 10, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.