
Aprelin 21-27-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlar arasında minifutbol üzrə Masallı rayon turniri keçirilib.
Masallı rayon “Ərkivan arena”da keçirilən turnirdə 4 komanda mübarizə aparıb.
Birinci yerə Masallı Rayon İcra Hakimiyyətinin komandası, ikinci yerə Masallı UGİŞM-in komandası, üçüncü yerə Masallı UGİM-in komandası layiq görülüb.
Qalib gələn idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla təltif olunublar.
