
Bu gün aparıcı mövqeyə malik olan dünyanın nüfuzlu dövlətlərinin, eləcə də beynəlxalq və regional təşkilatların bir çoxu beynəlxalq münasibətlər sistemində respublikamızın tərəfdaşı kimi çıxış etməsi Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir. Şimali Makedoniya həmin qurumlar sırasında dünyanın siyasi və iqtisadi həyatında, habelə beynəlxalq münasibətlər sistemində xüsusi diqqət çəkir. Azərbaycan Respublikası ilə Şimali Makedoniya arasında diplomatik əlaqələr 1995-ci ilin iyununda qurulub. Digər Balkan dövlətləri kimi Azərbaycan da Şimali Makedoniya ilə münasibətlərin inkişafına ciddi önəm verir.
Ölkələrimiz arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar, ümumilikdə mədəniyyət sahəsində uğurla inkişaf edir. Azərbaycan və Şimali Makedoniya arasında əməkdaşlığın gələcəyi üçün geniş perspektivlər mövcuddur. Əsasən iqtisadi, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi hər iki ölkənin prioritetlərindəndir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət beynəlxalq müstəvidə ölkəmizin nüfuzunu artırmaqla yanaşı, iqtisadi vəsiyasi əlaqələrin inkişafına böyük töhfə verir. Azərbaycan və Şimali Makedoniya arasındakı münasibətlərin yalnız siyasi və iqtisadi deyil, humanitar aspekti də mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, bu sahədə əməkdaşlığın inkişafına böyük ehtiyac var. Şimali Makedoniya Prezidentinin Azərbaycanda mədəni tədbirlərdə iştirak etməsi, eyni zamanda tələbələrlə görüşlər keçirməsi bu sahədə əlaqələrin inkişafına xidmət edir. Şimali Makedoniyada Azərbaycan mədəniyyəti tanıdılır və bununla bağlı müxtəliftədbirlər, konsertlər və sərgilər təşkil olunur. Azərbaycan musiqisi, rəqs və incəsənəti Şimali Makedoniyada maraqla qarşılanır. Eyni zamanda, təhsil sahəsində də əməkdaşlıq mövcuddur. Azərbaycanlı və Şimali Makedoniyalı tələbələr arasında mübadilə proqramları həyata keçirilir və bununla da gənclər arasında dostluq və əməkdaşlıq artır.
11 mart 2025-ci il tarixdə Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Bakıya rəsmi səfəri Şimali Makedoniya ilə Azərbaycan münasibətlərinə yeni təkan verəcək. Bu cür yüksək səviyyəli səfərlər, iki ölkə arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına müsbət təsir göstərir. Şimali Makedoniya və Azərbaycan arasında mədəniyyət və təhsil sahələrində də qarşılıqlı əlaqələr artırılacaq
Azərbaycan dünən olduğu kimi, bu gün də beynəlxalq aləmdə etibarlı tərəfdaşlığını daha da möhkəmlətmək üçün ayrı-ayrı dövlətlərlə münasibətlərin dinamik inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir ki, bu gün aparıcı mövqeyə malik olan dünyanın nüfuzlu dövlətlərinin, eləcə də beynəlxalq və regional təşkilatların bir çoxu beynəlxalq münasibətlər sistemində respublikamızın tərəfdaşı kimi çıxış edir.
Şahbazova Məhbubə,
Boradigah qəsəbəsi İ.Nağıyev adına 2 №li məktəbin direktoru