
Azərbaycanın hərbi diplomatiya tarixi onun dövlətçilik tarixinin tərkib hissəsidir.
Qədim zamanlardan müasir dövrə qədər Azərbaycanın keçdiyi tarixi yola nəzər salmaqla, hərbi diplomatiya tariximizin keçdiyi yolu da gözümüzdə canlandırmaq mümkündür.
Azərbaycan Respublikasında hərbi sahəyə və eyni zamanda digər xarici ölkələrlə müdafiə xarakterli əməkdaşlıqlar demək olar hər gün inkişaf edir. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, Avstriya, Belarus Respublikası, Bəhreyn Krallığı, Bolqarıstan Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Çin Xalq Respublikası, Çex Respublikası, Estoniya Respublikası, Fransa Respublikası, Gürcüstan, Xorvatiya Respublikası, İndoneziya Respublikası, İordaniya Haşimilər Krallığı, İran İslam Respublikası, İtaliya Respublikası, Koreya Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Latviya Respublikası, Litva Respublikası, Macarıstan, Moldova Respublikası, Nigeriya Federativ Respublikası, Özbəkistan Respublikası, Pakistan İslam Respublikası, Polşa Respublikası, Rusiya Federasiyası, Rumıniya, Serbiya Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Sloveniya Respublikası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna və digər xarici ölkələrlə hərbi, hərbi-siyasi və hərbi-texniki sahələrdə, həmçinin bir sıra beynəlxalq təşkilatlarla müxtəlif istiqamətlərdə mövcud olan əməkdaşlığı ikitərəfli və çoxtərəfli əsasda var və bu əməkdaşlıqlar ildən-ilə genişləndirərək inkişaf edir.
Ümummilli lider Heydər Əliyevin çıxışlarının birində belə söyləyib:
“Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir”.
Azərbaycan Respublikası Prezidentinin və Azərbaycanın mərd oğulları Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq salnaməsində sonra dünya ölkələri bizim ordumuzun güc və əzəmətinin bir daha şahidi oldular. Bu gün dünyanın tanınmış dövlətləri düşünmədən bizimlə Müdafiə xarakterli əməkdaşlıq bağlamağa can atır.
Bu günlərdə ölkəmiz Somalinlədə ikitərəfli Müdafiə əməkdaşlığı imzalamışdır. Belə ki ,Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının XIX Zirvə Görüşü çərçivəsində Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri vəzifələrini icra edən dövlət naziri Əli Məhəmməd Ömər ilə görüşüb. İkitərəfli görüşdə Azərbaycan və Somali arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Xarici İşlər Naziri C.Bayramov Somali tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyə görə təşəkkür ifadə edərək ölkələrimizin coğrafibaxımdanbir-birindənuzaqməsafədəyerləşməsinə baxmayaraq əməkdaşlıq perspektivlərinin daha mükəmməl olmasını bildirərək , regeon arası əlaqələrin inkişaf etməsi üçün müzakirələr aparıblar.
Hər birimizə də yaxşı məlumdur ki, ölkəmiz təhsil sahəsində İslam Əməkdaşlıq Təşkilatı və QH-ya üzv dövlətlərdən olan tələbələr üçün təhsil təqaüdlərinin ayrılması işində fəal iştirak edir. Bu proqramlarda Somalidən olan tələbələrdə aktiv iştirakı edirlər. Buda ölkəmizin ikitərəfli əməkdaşlıq qurduğu ölkələrə həm siyasi həm də mənəvi diqqət və dəstəyini əsirgəməməyinə bariz nümunədir. Bu ğörüş çərçivəsində Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri vəzifələrini icra edən dövlət naziri Əli Məhəmməd Ömər Azərbaycanın QH-ya sədrliyi dövründə göstərdiyi səylərə, xüsusilə COVID-19 pandemiyası, habelə postpandemiya dövründə Hərəkat üzvləri arasında əlaqələndirmənin gücləndirilməsi istiqamətində təşəbbüslərin irəli sürülməsi ilə bağlı təşəkkür edib.
Azərbaycan və Somali arasında əməkdaşlıq görüşdə siyasi, mədəni və hüquqi baxımdan əməkdaşlıq əlaqələri müzakirə olunmaqla yanaşı Müdafiə xarakterli əməkdaşlıq müqaviləsi imzalanıb. İki ölkə arasında Ordu və müdafiə məsələləri olunaraq daha mütəşəkkil əlaqələrin vacibliyini xüsusi vurğulayıb.
Azərbaycan Respublikası bu gün öz müdafiə gücü ilə dünyada sözünü əməli ilə ifadə edən bir ölkədir. Hərbi müdafiəsiz hər gün inkişaf edir. Bu da bizim ordumuzun və yurdumuzun daha da güclənməsinə bir töhfədir. Məsafəsində asılı olmayaraq bizə coğrafi cəhətdən uzaq olan ölkələr və birliklər də bizimlə Müdafiə xarakterli əməkdaşlıqlar qurmaq üçün can atırlar. Çünkü biz hərb meydanında olduğumuz kimi Müdafiə və dostluq meydanında da ancaq və ancaq düzlük və həqiqətə söykənərək.
Dilgüşə Məmmədova,
Masalı Tarix-Diyarşünaslıq Muzeyi elmi işçi