Preziden İlham Əliyev China Global Television Network   telekanalına müsahibə verib

Preziden İlham Əliyev China Global Television Network   telekanalına müsahibə verib
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib.Dövlətimizin başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb. Cənab Prezident müsahibə zamanı mühüm məqamlara toxunub. Prezident qeyd edib ki, ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu.                
     Prezident İlham Əliyev Çinin "China Global Television Network" televiziya kanalına müsahibə verib. Müsahibə bir anlıq 44 günlük müharibədə “informasiya savaşını” xatırlatdı. 

    Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Çin Xalq Respublikası Azərbaycanla çoxşaxəli münasibətlərin inkişafına, əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verir. Tərəflər arasındakı əlaqələr çoxşaxəlidir və siyasi, iqtisadi münasibətlər, o cümlədən regional təhlükəsizlik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. İqtisadi əlaqələrdən bəhs edərkən ilk növbədə vurğulamaq gərəkdir ki, iqtisadiyyatın bütün sahələrində uğurlu inkişaf edən əməkdaşlıq münasibətləri ticari əlaqələrin perspektivi üçün mühüm strateji baza formalaşdırır.

     Ümumilikdə, mövcud olan siyasi-iqtisadi əməkdaşlıq əlaqələri bölgədə inteqrasiyanın sürətləndirilməsində önəmli rola malikdir. Bir sözlə, çoxtərəfli, bərabərsəviyyəli əməkdaşlığa əsaslanan Çin-Azərbaycan münasibətləri hər iki tərəfin milli maraqlarına xidmət etməklə yanaşı, müasir geostrateji reallıqların fonunda Cənubi Qafqaz bölgəsində, daha geniş anlamda Avrasiyada işbirliyi və təhlükəsizliyə fundamental töhfələr verir. Bütövlükdə Azərbaycan-Çin əməkdaşlığı parlaq geostrateji perspektiv vəd edir və hər iki ölkənin siyasi, iqtisadi potensialı yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradır. Ümumiyyətlə, Çin ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev ölkəmizlə Çin arasında əlaqələrin dərinləşməsinə böyük önəm verirdi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev istər Azərbaycanda, istərsə də bu ölkədə Çinin yüksəksəviyyəli rəsmiləri ilə çoxsaylı görüşlər keçirib. Öz növbəsində Prezident İlham Əliyev də Çin Xalq Respublikasına dəfələrlə dövlət, rəsmi və işgüzar səfərlər edib.

    Sözsüz ki, qarşılıqlı münasibətlər böyük uğurların əldə olunmasında əsas faktordur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 22 iyul tarixində “China Global Television Network” televiziya kanalında yayımlanmış  müsahibəsində ifadə olunan fikirlər Azərbaycanla Çin arasında dostluq, qarşılıqlı anlaşmanın yüksək səviyyədə oluğunu bir daha göstərir. “Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür” – deyə müsahibəsində bildirən Azərbaycan Prezident İlham Əliyev bildirib ki, iqtisadi əməkdaşlıq məsələlərində də mövqelərimiz üst-üstə düşür.

     İki ölkə arasında münasibətlərin inkişaf dinamikasından bəhs edərkən nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın əhəmiyyətini də xüsusi vurğulamaq gərəkdir. Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsi çərçivəsində bu ölkə Azərbaycanı mühüm tərəfdaş kimi görür. “Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi. İndi sadəcə, texniki imkanları artırırıq. Ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. 

     

                           
    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis

     


    PAYLAŞ:

    Oxşar xəbərlər