Müdafiə sahəsində əməkdaşlıq mühüm əhəmiyyət  kəsb edir

Müdafiə sahəsində əməkdaşlıq mühüm əhəmiyyət  kəsb edir
  • Cəmiyyət

  • Afrika qitəsinin şərqində yerləşən Somali İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Qoşulmama Hərəkatının üzvüdür. Bu müsəlman ölkəsi İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir. 

    Azərbaycan – Somali diplomatik əlaqələri 2004-cü il mart ayının 22-də qurulub. İki ölkə arasında münasibətlərin möhkəmlənməsinə ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan–Somali təmaslarının artması mühüm təsir göstərib. Dövlətlər arasında bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, “yaşıl” enerji, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir. 

    "Somali çətin dövrdən çox parlaq gələcəyə keçid edən ölkədir. Somali zəngin resursları və böyük potensialı olan ölkədir. Lakin şərait inkişaf etməyə imkan verməyib. Azərbaycan kimi yaxşı tərəfdaşlarla ölkəmizin potensialı üzə çıxacaq və o, proqnozlaşdırıla bilən olacaq. Azərbaycandan öyrənə biləcəyimiz digər əsas sahələr proqnozlaşdırılabilən siyasət və proqnozlaşdırılabilən inkişaf siyasətidir".

    Somali Prezidenti qeyd edib ki, bu gün imzalanan sazişlər Azərbaycanın təcrübəsindən istifadə etmək üçün strukturlu çərçivə rolunu oynayır:"Bu ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır. Bu müqavilələrdən başqa, bizim bugünkü əməkdaşlığımız ölkələrimiz arasında möhkəm iqtisadi və diplomatik münasibətlərin əsasını qoyur. Somali Azərbaycanın enerji, infrastruktur, təhlükəsizlik və təhsil sahələrində liderliyini yüksək qiymətləndirir. Azərbaycanla bilik mübadiləsi və investisiya tərəfdaşlığı böyük fayda əldə edə biləcəyimiz sahələrdir".

    İki ölkə arasında müdafiə sahəsində də əməkdaşlıq yeni bir mərhələyə qədəm qoyur. Azərbaycan artıq müdafiə sənayesində güclü potensial yaradıb və bu təcrübəsini Somaliyə ötürməyə hazırdır. Bu sahədə birgə təlimlər, müdafiə avadanlıqlarının istehsalı və təchizatı iki ölkə arasındakı strateji tərəfdaşlığın güclənməsinə xidmət edəcək.

    Hər bir böyük tərəfdaşlıq etibar üzərində qurulur. Azərbaycan və Somali bu gün bir-birinə olan etibarını bir daha təsdiqlədi.     

    Fərasəddin Fərziyev,
    YAP fəalı
     


    PAYLAŞ:

    Oxşar xəbərlər