2 Fevral: Gəncliyin Gücü, Gələcəyin İşığı

2 Fevral: Gəncliyin Gücü, Gələcəyin İşığı
  • Cəmiyyət

  • Hər il 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi gənclərin cəmiyyətin inkişafındakı rolunu vurğulamaq, onların potensialını dəstəkləmək və nailiyyətlərini dəyərləndirməkdir. Azərbaycanın gələcəyinin qurucuları olan gənclər, öz enerjiləri, yaradıcılıqları və bilikləri ilə ölkənin sosial, iqtisadi və mədəni inkişafına mühüm töhfələr verirlər. Gənclər Günü onların uğurlarını qeyd etmək və gələcək hədəflərinə çatmaları üçün dəstək olmaq üçün xüsusi bir gündür.

    Azərbaycanda Gənclər Günü 1997-ci ildən rəsmi şəkildə qeyd olunur. Bu tarixin əsasını ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Bakıda keçirilən Azərbaycan Gənclərinin I Forumu qoyub. Bu forum Azərbaycan gənclərinin cəmiyyətə təsir gücünün bir simvolu kimi tarixə düşüb. Forumda ölkənin müxtəlif bölgələrindən gələn minlərlə gənc iştirak edərək öz problemlərini, ideyalarını və gələcək arzularını paylaşdı.

    Bir il sonra, Heydər Əliyev 2 fevralın Gənclər Günü kimi qeyd olunması haqqında qərar verdi. Bu addım gənclərə verilən dəyərin, onların sosial və mədəni həyatda önəmli rol oynadığının göstəricisi idi. Gənclər Günü keçmişə hörmət, bu günün uğurlarına dəyər vermək və gələcək üçün motivasiya yaratmaq üçün əlamətdar bir tarixdir.

    Süleyman Musalı,
    Yap Masallı rayon Təşkilatının Fəal üzvü
    PAYLAŞ:

    Oxşar xəbərlər