AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkiyə Elmlər Akademiyasının fəxri üzvü seçilib

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkiyə Elmlər Akademiyasının fəxri üzvü seçilib
  • Cəmiyyət / Maraqlı

  • AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkiyə Elmlər Akademiyasının (TÜBA) fəxri üzvü seçilib. Bu münasibətlə TÜBA-nın prezidenti professor Müzəffər Şəkər tərəfindən AMEA prezidentinə göndərilən təbrik məktubunda deyilir:

    “Hörmətli Prof. Dr. İsa Həbibbəyli, 

    Türkiyə Elmlər Akademiyası (TÜBA) adından Akademiya Şurasının 17 dekabr 2024-cü il tarixli, 372 №-li qərarı ilə TÜBA-nın Fəxri üzvü seçilməyiniz münasibətilə ürəkdən təbriklərimizi çatdırmağa şadam. Bu şərəfli tanınma Sizin elmə və Akademiyaya verdiyiniz diqqətəlayiq töhfələrin təzahürüdür və Sizi cəmiyyətimizdə görməkdən şərəf duyuruq. 

    Fəxri üzvlük haqqında sertifikatın TÜBA Baş Assambleyasının növbəti yığıncağı zamanı və ya daha uyğun olarsa, Türkiyəyə növbəti səfəriniz zamanı təqdim ediləcəyini məmnuniyyətlə bildirmək istərdik. Baş Assambleyada iştirak etmək qərarına gəldiyiniz təqdirdə, tədbirin təfərrüatları ilə əlaqəli Sizə məlumat veriləcək. 

    İcazə verin TÜBA adından tədqiqat sahənizdə verdiyiniz əvəzsiz töhfəyə görə sizə dərin minnətdarlığımızı bildirim. Biz tərəddüdsüz olaraq inanırıq ki, TÜBA-ya üzvlüyünüz gələcək əməkdaşlıq imkanlarına yol açacaq və Sizinlə Akademiya arasında möhkəm əməkdaşlıq və dostluq əlaqələrini gücləndirəcək. 

    Yeni ili qarşılamağa hazırlaşdığımız bu vaxtda biz, həmçinin fürsətdən istifadə edərək 2025-ci ilin Sizə və ailənizə xoşbəxt, sağlam və firavan keçməsi üçün ən xoş arzularımızı çatdırırıq.  

    Hörmətlə, 

    Professor  Müzəffər Şəkər 

    Türkiyə Elmlər Akademiyasının prezidenti  

    27 dekabr, 2024”

    PAYLAŞ:

    Oxşar xəbərlər