Masallı rayon Agsaqqallar Şurası gündəlik fəaliyyətində ən çox tədbir keçirən ictimai təşkilat olmaqla otuz ildən çoxdur ki, ayrıca binaya malikdir.Belə şərait son on ildə Xıl ,Güllütəpə ,Türkoba və digər ərazi inzibati dairələrimizdə də yaradılmışdır.Hazırda təşkilatımız üçün yenidən bina tikilmişdir. Hişkədərə ərazisində Agsaqqallar evinin özülü qoyulmuşdur. Agsaqqallar və ahılların, pensiyaçıların bir yerə toplanması, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə rayon icra hakimiyyətinin himayəsi və dəstəyi, xeyrxah, imkanlı insanların bu işdə əməyi olan hər bir köməyi bütün diqqət və qaygıya görə dərin minnətdarlıgımızı çatdırıram.Təşkilatımız fasiləsiz olaraq rayonun ictimai həyatında tədbirlərimizdə fərqlənir və bu sahədə qabaqcıl təcrübəyə malikdir. Belə ki, işimizin əsas istiqamətləri dövlət quruculugumuzun inkişafının, ugurlarının tanınmış dövlət xadimi Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi ölkəmizin və rayonumuzun sosial iqtisadi ugurlarının təbligi, yeniyetm və gənclər arasında vətəni dərindən sevmək və qorumaq ruhunda tədbirlərə geniş yer verilir. Bununla yanaşı cəmiyyətə zid təzahürlərə və qayda qanun pozuntularına qarşı proflatik işlərdə yaxından iştirak edirik.
Bu ilin noyabrında Bakının ev sahibliyi ilə keçiriləcək COP- 29 beynəlxalq formunun işinə və tələblərinə təkan vermək məqsədi ilə Masallıda görülən təmizlik və abadlıq işlərində agsaqallrımız da yaxından iştirak edirlər. Ata - babalarımızın agsaqqallara hörmət, onların xeyrxah əməllərini xatırlamaq və bunlardan nümunə götürməklə gənclərə ötürmək kimi vacib işlərdə bundan sonra da səylərimizi əsirgəməyəcəyik.
Hörmətlə,
Ələşrəf NİFTİYEV,
Masallı RAŞ-ın sədri, respublikanın fəxri agsaqqalı.