Masallıda toxum sərgi-satış yarmarkası və Respublika toxumçularının II formu keçirildi

Masallıda toxum sərgi-satış yarmarkası və Respublika toxumçularının II formu keçirildi
  • Cəmiyyət

  • 20 sentyabr 2024-cü il tarixdə Masallı rayonunda Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Toxum sərgi-satış yarmarkası və Respublika toxumçularının II formu keçirilmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin önündə yerləşən meydanda keçirilən yarmarkada fermerləri maraqlandıran müxtəlif kənd təsərrüfatı təyinatlı texnologiyalar və məhsullar da nümayiş olunub.

    Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov geniş nitqində fermerlərin maarifləndirilməsi istiqamətində rayonda keçirilən bu cür tədbirlərin əhəmiyyətli olduğunu və aqrar sahəyə öz töhfəsini verəcəyini vurğulayıb. Həmçinin o, Cənab Prezident İlham Əliyevin aqrar sahənin inkişaf etdirilməsi barədə imzaladığı müvafiq Sərəncamların icrası ilə əlaqədar qarşıda duran vəzifələrlə bağlı kartofçuluğun inkişaf etdirilməsi, taxıl biçininin vaxtında başa çatdırılması və tərəvəz əkinlərinin artırılması, sitrus meyvəçiliyi, çay və çəltik istehsalının artırılması məqsədilə rayonun bütün İnzibati ərazi dairələrini əhatə edən rayonun bütün İnzibati ərazi dairələrini əhatə edən 3 zona müşavirəsi keçirildiyini diqqətə çatdırmışdır. Keçirilən müşavirələrdə fermerlər və torpaq mülkiyyətçilərinin sertifikatlı toxumların, müasir kənd təsərrüfatı texnikalarının, soyuducu anbarların, tədarük məntəqələrinin olmamasını, həmçinin subsidiyaların vaxtında verilməməsini, subsidiya əmsallarının artırılmasını, xüsusilə subsidiya verilməyən təkrar əkinlərə subsidiya verilməməsini qeyd etdiklərini bildirən Araz Əhmədov qaldırılan məsələlərin həll olunması istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciətlər ünvanlandığını da tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Məhz bundan sonra Masallıda toxum sərgi satış yarmarkasının keçirilməsini çox əlamətdar sayan İcra başçısı bu işdə əməyi olan bütün təşkilatlara fermerlər adından təşəkkürünü bildirmişdir.
    Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov fermerlərin aqrar innovasiyalara və maliyyə mənbələrinə çıxışını əlçatan edən bu festivallarda əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb. Həmçinin o, Yarmarkanın keçirilməsində məqsəd yerli toxum bazarının formalaşması, payızlıq əkinlər ərəfəsində yerli toxuma olan tələbatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulmasına köməklik etməkdir.

    Tədbirdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov çıxış edərək bildirmişdir ki, bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb. Fermerlərə dövlət tərəfindən hərtərəfli qayğı və dəstək göstərilir. Azərbaycanda qeyri-neft sektorunun aparıcı istiqamətlərindən olan aqrar sahə uğurla inkişaf edir.
    Azərbaycan Toxumçular Assosasiyasının sədri Mədinə Əliyeva çıxış edərək bildirmişdir ki, hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına məhz sertifikatlı və rayonlaşdırılmış toxumlar vasitəsilə təmin edilir. Dövlətimizin bu sahədə qarşıya qoyduğu əsas məqsəd fermerləri keyfiyyətli və məhsuldar toxulmarla təmin etmək və nəticədə ölkənin tələbatını ödəməklə ixrac potensialımızı yüksəltməkdir.

    Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasyasının vitse-prezidenti Jalə Hacıyeva yerli toxum istehsalçıları, iri toxum istehsalı və satışı ilə məşğul olan təchizatçılar və fermerlərə yaradılan bu şəraitlə bağlı aidiyyəti qurumlara öz təşəkkürünü bildirmiş və fermerləri əməkdaşlığın daha da artırılmasına dəvət etmişdir.

    Tədbir Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında Respublika toxumçularının II formu ilə davam etdirilib. Azərbaycan Toxumçular Assosasiyasının sədri Mədinə Əliyevanın moderatorluğu ilə aparılan formda yerli toxum istehsalçıları, iri toxum istehsalı - satışı ilə məşğul olan təchizatçılar və fermerlər iştirak etmişdir. Form qarşılıqlı diskusiya şəklində davam etmişdir.























    PAYLAŞ:

    Oxşar xəbərlər