Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü kecrilmişdir

Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü kecrilmişdir
  • Cəmiyyət

  • Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələrinin görüşü kecrilmişdir.
                 
    Preziden İlham Əliyev bildirmişdir ki, əvvəlcə bu görüşün keçirilməsi təşəbbüsünə görə Özbəkistan Prezidentinə təşəkkür etmək istərdim. Qeyd edim ki, mənim praktikamda belə görüşlər heç vaxt olmayıb. Rəsmi səfərlər çərçivəsində biznes forumlarında iştirak etdiyim, yaxud xarici dövlət başçılarının səfərləri zamanı Bakıda biznes forumlarının keçirildiyi hallar olub, amma bir qayda olaraq onlar dövlət başçılarının hansısa qısa nitqlərlə müraciət etmələri ilə məhdudlaşıb, sonra çıxıb gediblər, biznes-forum isə öz axarı ilə davam edib. Prinsipcə, bu günlərdə Daşkənddə keçirilən biznes-forum layihələrlə çox zəngin olub. Amma nisbətən məhdud tərkibdə iki ölkənin işgüzar dairələrinin əsas nümayəndələrinin belə bir görüşü mənim praktikamda ilk dəfədir keçirilir Ona görə də bundan başlamaq və Həmçinin bu gün imzalanan sənədlərin, ilk növbədə, müttəfiqlik münasibətlərinə dair Müqavilənin əhəmiyyətini bir daha qeyd etmək istərdim. Bu, Azərbaycanda həmin qəbildən olan üçüncü sənəddir. İndiyə qədər - bizə yaxın olan iki ölkə ilə 2021-ci və 2022-ci illərdə müttəfiqlik münasibətlərinə və ya müttəfiqlik qarşılıqlı fəaliyyətinə dair bəyannamələr imzalamışıq. İndiki halda söhbət müqavilədən gedir, yəni dünyada bu sənəddən daha yüksəyi yoxdur. Həm də bu, çox qısa müddət ərzində bizim birgə fəaliyyətimizin nəticəsidir.

    Biz Şavkat Miromonoviç ilə məsələləri dəfələrlə müzakirə etmişik və əldə etdiklərimizə sevinmişik, amma həmişə daha çox iş görə biləcəyimizlə bağlı həyəcan keçirmişik. Mən ikimizi deyil, bir çox illər əvvəl - 15 və ya 20 il öncə Özbəkistan və Azərbaycanı nəzərdə tuturam. İlk dəfə Prezident kimi Özbəkistana düz 20 il 2004-cü ildə gəlmişəm və həmin vaxt Özbəkistan hökumətinə az bir müddət əvvəl rəhbərlik edən Şavkat Miromonoviçlə tanış olmuşam. Onunla birlikdə Səmərqəndə getdik və beləliklə, həmin vaxt bizim dostluğumuz başladı. Amma özbək dostlarımız ozamankı vəziyyəti yaxşı bilirlər, həm siyasi dialoqu, həm də iqtisadi münasibətləri inkişaf etdirmək üçün imkanlar yox idi, onlar, demək olar ki, mövcud deyildi, sadəcə, onlar olmayıb. Bu gün bizim burada təqdim etdiyimiz 20 istiqamət üzrə yeni təşəbbüsləri, təbii ki, diqqətlə öyrənəcəyik. Bununla yanaşı deməliyəm ki, prezidentlər səviyyəsində təkcə biznes sahəsində deyil, iqtisadi-ticari sahədə qəbul edilən hər hansı bir qərarın yerinə yetirilmədiyi hal olmayıb. Daha bir mühüm mövzuya toxunmaq İstəyirəm. Bilirəm ki, biznes strukturları siyasi konyunktura çox həssas reaksiya verir, onlar belə də etməlidir. İndi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunktura, sadəcə, heç bir yerdə mövcud deyil. Ona görə də bu, iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir. Özbəkistan böyük potensiala malik ölkədir və indi bir növ çiyinlərini, qanadlarını yenicə açır və artıq uçur, amma hələ bir az vaxt, bir neçə il lazımdır ki, bu, sözün bütün mənalarında əsl uçuş olsun.

    Ölkə çox az dövlətlərdən biridir ki, siyasi sabitlik həm Prezidentin siyasətinə, həm də xalqın Prezidentə münasibətinə əsaslanır. Bu isə biznes üçün çox vacibdir. İrəlini görmək çox mühümdür, iş adamlarının, investorların onların investisiyalarının qorunacağını və məmnunluqla, sevinclə işləyəcəklərini, həmçinin gəlir əldə edəcəklərini bilmələri çox vacibdir. Həmçinin Özbəkistanda yaxşı investisiya mühiti var. Əks halda, qısa müddət ərzində bu qədər sərmayə olmazdı, onların bir çoxu xarici və yerlidir, yəni yerli investorlar sadəcə başqa ölkələrə yatırardılar, xaricilər isə gəlməzdilər. Ona görə də bütün bu amillər çox mühümdür. Prinsipcə, mən indiki halda Azərbaycan iş adamlarına müraciət edərək deyirəm, amma həmin sözləri Azərbaycan haqqında da söyləyə bilərəm. Bütün bu amillər Azərbaycanda da mövcuddur, ona görə də özbək investorları üçün Azərbaycanda işləmək, sərmayə qoymaq da əlverişli və faydalı olacaq.

    Əgər investisiyaların statistikasına nəzər salsaq, bütün bunlar, necə deyərlər, bizim sözlərimizi daha çox təsdiq edər. Bakıya qayıdandan sonra, həmçinin şəhər meriyasına yaxşı bir yerdə 5-10 hektar ərazi ayırmağı tapşıracağam və Şavkat Miromonoviçin Bakıda Özbəkistan guşəsinin, Daşkənddə isə Azərbaycan guşəsinin yaradılması təklifini tam dəstəkləyirəm. Onlar həm bizim mədəniyyətimizi, həm adət-ənənələrimizi, həm də memarlığımızı təcəssüm etdirəcək. Beləliklə, biz də bu məsələnin üzərində fəal işləyəcəyik. Yaxın vaxtlarda belə bir yer seçəcəyik. Diqqətinizə görə sağ olun.




    Məhəmməd Hüseynov,
    Masallı Gənclər Evinin dərnək rəhbəri 
    PAYLAŞ:

    Oxşar xəbərlər