10 iyun 2026-cı il tarixdə Ağsaqqallar evində “Masallı rayon Ağsaqqallar Şurasının 5 illik fəaliyyətinə dair hesabat seçki konfransı” keçirilmişdir.
Konfransda Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Masallı Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Tohid Hüseynov, Masallı Rayon İcra Hakimiyyətinin Başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov, aparat rəhbəri Ramin Həsənli, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə, rayon ağsaqqalları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Masallı şəhər Heydər Əliyev Mərkəzinin önündə ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ruhuna dualar oxuyublar.
Sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Hesabat yığıncağını giriş sözü ilə rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev açaraq şuranın son beş ildəki fəaliyyəti barədə məruzə ilə çıxış etmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov çıxış edərək bildirmişdir ki, rayonda daim ağsaqqallarla görüşlər keçirilir, onların istək və təklifləri dinlənilir, rayonun inkişafında, mədəni-ictimai həyatında, gənc nəslin formalaşmasında ağsaqqallar hər zaman xüsusi rol oynayırlar. Adəm Məhərrəmov bildirib ki, cari il ərzində təşkilat ictimai-siyasi proseslərdə yaxından iştirak etməklə xalqımızın milli mənafeyinə xidmət göstərib.
Qarşıya qoyulan əsas məqsəd ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etmək, xüsusilə yeniyetmə və gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində ağsaqqalların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək, əxlaqi normaların və sağlam həyat tərzinin geniş təbliğini həyata keçirmək olub.
Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov gənclərlə aparılan işlərin daha da artırılmasından danışaraq, bu sahədə, əsasən də rayon ərazisində hərtərəfli maarifləndirici fəaliyyətin həyata keçirilməsinin vacibliyini qeyd edib və vurğulayıb ki, biz ağsaqqallar ölkəmizin ictimai-siyasi həyatında dahada yaxından iştirak etməli, gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması işinə əlimizdən gələn köməkliyi göstərməliyik, çünki gənclər bizim gələcəyimizdir. Ölkəmizdə Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı geniş miqyaslı quruculuq - abadlıq işlərindən, vətəndaşların rifah halının yaxşılaşdırılması üçün atılan məqsədyönlü addımlardan söhbət açıb.
Məruzə ətrafında müzakirələrdə Ağsaqqallar Şurasının üzvü, iki şəhid atası Bayram Əsgərli, şura üzvləri Rəbi Kərimov, Asudə Məmmədova, Meysaba Aslanova, Məmmədəli Hüseynov, Türkoba ərazisi üzrə şuranin nümayəndəsi Əfqan İbrahimov və başqaları çıxış edərək qurumun cari ildəki fəaliyyətinin qənaətbəxş olduğunu diqqətə çatdırmışlar.
Sonda isə səsvermə yolu ilə Masallı Ağsaqqallar Şurasının yeni tərkib seçilmişdir.




