Masallıda yaş barama tədarükünə başlanılıb

Masallıda yaş barama tədarükünə başlanılıb
  • Cəmiyyət

  • Masallı rayonunda kümçülər tərəfindən yetişdirilən yaş baramanın tədarükünə başlanılıb. Cari mövsümün ilk məhsulları artıq qəbul məntəqələrində toplanaraq Şəki “İpək” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilib.
    İlkin mərhələdə rayonun 8 ərazisi üzrə ümumilikdə 171,1 kiloqram yaş barama tədarük edilərək müəssisəyə təqdim edilib.

    Mövsümün başlanması ilə əlaqədar tədarük prosesi davam etdirilir və kümçülər məhsullarını mərhələli şəkildə təhvil verməyə davam edirlər.
    Baramaçılığın inkişafı kənd əhalisinin məşğulluğunun artırılması, əlavə gəlir mənbələrinin formalaşdırılması və qeyri-neft sektorunun şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

    Mövsüm ərzində yaş barama istehsalının və tədarük həcminin daha da artacağı gözlənilir. Qəbul prosesi qarşıdakı günlərdə də davam etdiriləcək və rayonun digər yaşayış məntəqələrindən olan kümçülərin məhsulları da qəbul olunacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər