Pekin Universitetinin Azərbaycan dili kafedrası ilə tanışlıq

Pekin Universitetinin Azərbaycan dili kafedrası ilə tanışlıq
  • Cəmiyyət

  • AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Pekin Xarici Dillər Universitetində fəaliyyət göstərən Azərbaycan dili kafedrasının fəaliyyəti tanış olub.

    Kafedranın müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Aqşin Əliyev kafedranın yaranma tarixi, iş fəaliyyəti, tələbələrlə keçirilən görüşlər, onlara verilən elmi-metodiki tapşırıqlar, kütləvi maarifləndirici tədbirlər barədə ətraflı məlumat verib. Azərbaycandilli mütəxəssislərin birinci buraxılışının yekunları barədə danışan kafedra müdiri ikinci qrupun da uğurla təhsilə cəlb olunduqlarını diqqətə çatdırıb, yerli tələbələrə Azərbaycana böyük sevgi aşılandığını vurğulayıb. Çinli tələbələrin dərslərdə fəallıq göstərdiyini, Azərbaycanın tarixi, dili və ədəbiyyatı ilə bağlı önəmli biliklər qazandıqlarını bildirən alim praktiki dərslərə və ölkəmizlə bağlı elmi-təcrübi viktorinalara xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb. Çinli tələbələrin yay tətili günlərində mütəmadi olaraq Azərbaycana tanışlıq səfərlərinin də təşkil edildiyi bildirilib.

    Akademik İsa Həbibbəyli Pekin Xarici Dillər Universitetində fəaliyyət göstərən Azərbaycan dili kafedrasının işini yüksək qiymətləndirib, əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

    AMEA rəhbəri Azərbaycana aid tarixi məkanların, maddi-mədəniyyət abidələrinin, rəmzlərin təsvir olunduğu xatirə hədiyyələrini, üzərində Qarabağın simvolu olan Xarıbülbülün və Azərbaycan Milli Elmlər Akademiyası binasının təsviri olan xalçaları, eləcə də AMEA-da nəşr olunmuş 100 nüsxədən çox kitabı kafedraya hədiyyə edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər