Ağdaban kəndində baş verən faciədən 32 il ötür

Ağdaban kəndində baş verən faciədən 32 il ötür
  • Cəmiyyət / Maraqlı

  • Bu gün Ağdaban kəndində törətdikləri qətliamdan 32 il ötür.

    Leqal.az-ın məlumatına görə, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib.

    130 evdən ibarət Ağdaban kəndi həmin gün ermənilər tərəfindən tamamilə yandırılıb və yer üzündən silinib.

    Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 32 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.

    Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

    Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər