Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı Nümayəndə Heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər xiyabanını ziyarət edib.
Leqal.az-ın məlumatına görə, qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.
O, "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.
M.Çavuşoğlu Türk Şəhidliyini də ziyarət edib və oradakı xatirə dəftərinə ürək sözlərini yazıb.