Azərbaycanın Pakistandakı səfirliyindəki seçki məntəqəsi səsverməyə hazırdır

Azərbaycanın Pakistandakı səfirliyindəki seçki məntəqəsi səsverməyə hazırdır
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda fevralın 7-nə təyin edilmiş növbədənkənar prezidenti seçkisi ilə əlaqədar ölkəmizin Pakistandakı səfirliyində yaradılan seçki məntəqəsində səsverməyə hazırlıq işləri yekunlaşmaq üzrədir.

    Səfirlikdən bildiriblər ki, Pakistanda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüququnun təminatı üçün səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 54 saylı məntəqə seçki komissiyası yaradılıb. Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları ölkəmizin etibarlı pasport və ya şəxsiyyət vəsiqəsi ilə fevralın 7-də yerli vaxtla səhər saat 8:00-dan axşam 19:00-dək səfirlikdə yaradılmış seçki məntəqəsində səs verə biləcəklər.

    Pakistanda yaşayan vətəndaşlarımızın prezident seçkisi ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işlər görülüb. Belə ki, səsvermədə iştirakla əlaqədar konsulluq qeydiyyatında olan vətəndaşlarımız məlumatlandırılıb.

    Azərbaycanın Pakistandakı səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən həmin gün İslamabadda olacaq səsvermə hüququna malik seçicilər də səs verə biləcəklər.

    Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ölkəmizdə keçiriləcək ilk seçki olan növbədənkənar prezident seçkisində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 49 seçki məntəqəsi (37 ölkə) yaradılıb. Azərbaycanın seçki məntəqələri yaradılmış diplomatik missiyalarında səsvermə ölkəmizin Koreya Respublikasındakı səfirliyində başlayacaq, ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğunda başa çatacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər