Şəkidə sakinlərin yolu bağlaması ilə bağlı

Şəkidə sakinlərin yolu bağlaması ilə bağlı
  • Cəmiyyət / Maraqlı

  • İyunun 17-də Şəki rayonunun Daşüz kəndi ərazisinə dolu düşməsi nəticəsində fərdi yaşayış evlərinə ziyan dəyib.

    Şəki Rayon İcra Hakimiyyətindən Leqal.az-a verilən məlumata görə, dəymiş maddi ziyanla bağlı rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən evlərə baxış keçirilib, müvafiq sənədləşmə işləri aparılıb və aidiyyəti üzrə məlumat verilib:

    “Ancaq bir qrup kənd sakini həmin fəsadların dərhal aradan qaldırılması üçün bu gün magistral yolu bağlamağa cəhd göstəriblər. Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin rəhbərliyi ərazidə sakinlərlə görüşüb, onlarla izahedici-profilaktiki söhbətlər aparıb. Qısa müddət ərzində magistral yolda hərəkətin intensivliyi təmin edilib və ictimai asayiş pozulmayıb”.
    PAYLAŞ:

    Oxşar xəbərlər