Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn edilib

Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn edilib
  • Cəmiyyət / Maraqlı

  • 15:18

    Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçisi Məhəmməd Qarayev dəfn olunub.

    Leqal.az report-a istinadən xəbər verir ki, o, doğulduğu Qəbələ şəhərində torpağa tapşırılıb.

    Dəfn mərasimində şəhidin yaxınları, rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

    Qeyd edək ki, mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub.

    --------

    Xəbər verdiyimiz kimi, mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub.

    Leqal.az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə şəhidimizin Qəbələ rayonunda dəfn olunacağı ilə bağlı məlumat yayılıb.

    Həmçinin, 22 yaşlı Məhəmməd Qarayevin evin tək oğlu olduğu bildirilir.

    Leqal.Az

    Məqaləyə dair fotomateriallar:



    PAYLAŞ:

    Oxşar xəbərlər