Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
  • Cəmiyyət

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 248 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 75, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 113, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 15 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 13 949 821, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 441, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 192, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 520, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 668 nəfər təşkil edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər