Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
  • Cəmiyyət

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 230 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 79, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 69, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 69, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 13 949 197, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 248, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 046, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 273, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 630 nəfər təşkil edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər