“Haqqın zəfəri” adlı yazı müsabiqəsinin qalibləri müəyyənləşib

“Haqqın zəfəri” adlı yazı müsabiqəsinin qalibləri müəyyənləşib
  • Cəmiyyət

  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun 8 Noyabr – Zəfər Günü münasibətilə ölkəmizdə fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri (İslam və qeyri-islam) arasında təşkil etdiyi “Haqqın zəfəri” adlı yazı müsabiqəsinin qalibləri müəyyən olunub.

    Dövlət Komitəsindən LEQAL.AZ-a bildirilib ki, sentyabrın 1-də elan edilən müsabiqəyə müraciətlərin qəbulu oktyabrın 20-si başa çatıb. Müsabiqəyə təqdim edilən 49 iştirakçının yazısı Qiymətləndirmə Komissiyasının üzvləri Tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov, Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin baş müəllimi, şərqşünas yazar Əli Rzayev, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Elvüsal Məmmədov tərəfindən yoxlanılıb.

    Qiymətləndirmə Komissiyasının qərarına əsasən müsabiqədə I yeri Astara rayonu Vaqo kəndi Cümə məscidinin dini icmasının sədri Zaur Abbasov, II yerləri Siyəzən şəhər cümə məscidi dini icmasının sədri Qənimət Pirəliyev və Oğuz rayon Tərkeş məscidi dini icmasının sədri Əlisəfa Dursunov, III yerləri Şəki Mərkəzi Cümə Məscidinin İmamı Əlyəsə Aslanov, Abşeron rayonu Güzdək qəsəbəsi "Rəsulullah" məscidinin imamı Mirkazım Kazımlı və Oğuz rayonu Sincan kənd məscidinin imamı Kamal Bəşirov tutublar. Həvəsləndirici yerlərə isə Şəki şəhər Ömər Əfəndi məscidinin imam müavini Habil Xəlilov, Qax rayonu Qum kəndi “Cümə” məscidinin imam müavini Seymur Bəşirov, Oğuz şəhər “Cümə” məscidinin imamı Şövkət Cəlilov, İsmayıllı rayon Quşencə kənd məscidinin imamı İdris İbrahimov və Abşeron rayon Mehdiabad qəsəbə məscidinin imamı Təsvir İsmayılov layiq görülüblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər