Mənəvi Dəyərlərin Təbliği Fondunun müsabiqəsinin qalibləri müəyyən olunub

Mənəvi Dəyərlərin Təbliği Fondunun müsabiqəsinin qalibləri müəyyən olunub
  • Cəmiyyət

  • Mənəvi Dəyərlərin Təbliği Fondunun mətbuat nümayəndələri arasında elan etdiyi “Mənəvi dəyərlərimiz: vətənpərvərlik” adlı müsabiqənin qalibləri müəyyən olunub

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun 22 iyul - Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü ilə əlaqədar olaraq mətbuat nümayəndələri arasında şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş "Mənəvi dəyərlərimiz: vətənpərvərlik" adlı məqalə müsabiqəsinin qalibləri müəyyən olunub. İyunun 1-də elan edilən müsabiqəyə müraciətlərin qəbulu 15 iyul tarixində başa çatıb. Müsabiqəyə təqdim edilən 36 iştirakçının məqaləsi aşağıda adları qeyd edilən Qiymətləndirmə Komissiyasının üzvləri tərəfindən yoxlanılıb:

    1) İlqar Fəhmi – Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı, kinodramaturq

    2) Qəşəm Nəcəfzadə - Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist

    3) Yadigar Məmmədli  – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, jurnalist

    Qalibləri təqdim edirik:

    1-ci yer: Elçin Mehdiyev - "Trend" İnformasiya Agentliyi

    2-ci yer: Səbuhi Məmmədli – Lent.az xəbər portalı 

    3-cü yer: Akqabay Mıradov – Publika.az xəbər portalı

    Həvəsləndirici yer: Elçin Bayramlı – “SƏS” qəzeti

    Həvəsləndirici yer: Təhməz Əsədov – Milli.az xəbər portalı

    Həvəsləndirici yer: Seymur Əliyev – Moderator.az xəbər portalı

    Həvəsləndirici yer: Mirmahmud Mahmudov – “Report” İnfirmasiya Agentliyi

    Mənəvi Dəyərlərin Təbliği Fondu
    Bakı ş, AZ1065, Məhəmməd Naxçıvani küç 29; 
    Tel/Fax: (+99412) 436-98-33

    Instagram: @mdtf_fond
    Facebook: Mənəvi Dəyərlərin Təbliği Fondu
    Youtube:  Mənəvi Dəyərlərin Təbliği Fondu MDTF
    www.mdtf.az
    PAYLAŞ:

    Oxşar xəbərlər