Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bazar günü LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 822 954 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 662 nəfər müalicə olunaraq sağalıb, 9 937 nəfər vəfat edib, aktiv xəstə sayı 355 nəfərdir.
Ölkədə son sutka ərzində 1 886, hazırkı dövrədək isə 7 305 712 test aparılıb.