Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 68 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 822 346 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 950 nəfər müalicə olunaraq sağalıb, 9 931 nəfər vəfat edib, aktiv xəstə sayı 465 nəfərdir.
Ölkədə son sutka ərzində 2 518, hazırkı dövrədək isə 7 280 330 test aparılıb.