Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
  • Cəmiyyət

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 837 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 254, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 210, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 316, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 57 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 13 897 464, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 385 257, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 868 656, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 381 416, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 135 nəfər təşkil edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər