Sözün həqiqi mənasında cənab Prezident İlham Əliyev həm milli – mənəvi dəyərlərimizi, həm də iqtisadiyyatımızın qayğısına qalan əsl Azərbaycan övladı,əsl vətənpərvərdir.Təbii ki, bu sözünü cənab prezidentimizin tez-tez Azərbaycan bölgələrinə səfərində göstərir.Belə səfərlərdən biri də Ağsu və İsmayıllı rayonlarına səfəridir.
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin xüsusi göstərişi ilə hər iki rayonda böyük infrasturuktur layihələri icra edilmişdir.İstər qazlaşdırılma,istər elektirik enerjisi,yolların tikintisi ilə bağlı çox böyük işlər görülmüşdür.Relyefi çətin ərazi olmasına baxmayaraq Cənab Prezidentimizin göstərişi ilə İsmayıllı rayonunda qazlaşdırılma 80 faizdən çoxdur,Ağsu rayonunda 100 faizə yaxındır. Cənab Prezidentmiz bu iki rayonun elektirik enerjisi təminatına da çox böyük önəm verir.Belə ki, rayonda son illərdə 10-dan çox elektirik yarımstansiyası inşa olunmuşdur və elektiriklə təchizadt tam təmin edilmişdir.
Təbii ki, cənab Prezident Ağsu və İsmayıllı rayonlarının səhiyyə və təhsilinə də özünün xüsusi diqqətində saxlayır.Hər iki şəhərdə insanların ehtiyacını təmin etmək üçün xəstəxanalar tikilmiş,çoxlu sayda məktəblər tikilmiş,ya da əsaslı şəkildə təmir olunmuşdur.Cənab Prezident İlham Əliyev Ağsu və İsmayıllı rayonlarında əhalinin həyat səviyyəsinin yüksəltmək üçün yeni iş yerlərinin açılması ilə bağlı göstərişlərə uyğun olaraq böyük layihələr icra edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan İlham Əliyev ölkəmizin tarixi memarlıq abidələrinin qorunmasına,inkişafına və yenidən qurulmasına xüsusi önəm verir və daim özünü xüsusi nəzarətində saxlayır.Belə abidələrdən biri də “Diri Baba” türbəsidir. “Diri Baba” türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir.Yaşı əsrlərlə ölçülən bu türbə əsrlər boyu xalqımız tərəfindən müqəddəs yer kimi tanınıb.Bu tarixi memarlıq abidəmizin üstünlüklərini nəzərə alan cənab Prezident xüsusi göstərişi ilə “Diri Baba” türbəsi yenidən bərpa edilmişdir.Bundan əlavə hamımıza məlumdur ki, İsmayıllının Basqal qəsəbəsi özünün tarixi – memarlıq abidələri ilə zəngindir.Cənab Prezident İlham Əliyev də ölkəmizin tarixi memarlıq abidələri ilə zəngin olan Basqal qəsəbəsinin inkişafı,Basqalın tarixi irsinin qorunması ilə bağlı xüsusi sərancam vermişdir.Bu sərəncam əsasında Dövlət Turizim Agentliyi burada işlər aparır.İşlərin demək olar ki,yarısı başa çatıb.Basqal Azərbaycanın ən qədim kəndlərindən biridir,özünə məxsus tarixə malik olan bir yerdir.Cənab Prezidentimizin istəyi həm bu yerin tarixi irsinin qorunması,eyni zamanda,burada yaşayan insanlar üçün daha yaxşı şəraitin qurulmasıdır.
Rafis Babayev,
Masallı rayon Hüseynhacılı kənd tam orta məktəbi