Azərbaycan özünün sülh və dinləarası dialoq müstəvidə oynamış olduğu vacib roluna görə beynəlxalq birlik tərəfindən təqdir edilir

Azərbaycan özünün sülh və dinləarası dialoq müstəvidə oynamış olduğu vacib roluna görə beynəlxalq birlik tərəfindən təqdir edilir
  • Cəmiyyət

  • Azərbaycan özünün sülh və dinləarası dialoq müstəvidə oynamış olduğu vacib roluna görə beynəlxalq birlik tərəfindən təqdir edilir: “Məhz bu baxımdan Prezident İlham Əliyevin Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında verdiyi mesajlar olduqca böyük önəm kəsb edir. Sözsüz ki, Bakıda keçirilən forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır. Forumda 110 ölkənin nümayəndəsi iştirak edib. Hazırda “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir. Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirilir. Cənab Prezident İlham Əliyev də forumda çıxışında dünyada yeni münaqişələrin, qeyri-sabitlik məkanların və təhdidlərin müşahidə edildiyini bildirib. 

    Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan kimi xarakterizə olunur: “Ölkəmizin coğrafi mövqeyi, Şərqlə Qərb arasında bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Məhz bu baxımdan da Azərbaycanda hər zaman müsbət mədəniyyətlərarası dialoq mövcud olub. Ölkəmizin başçısının da qeyd etdiyi kimi multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir. Cənab Prezident həmçinin forumda Azərbaycanın müstəqilliyin ilk illərində böyük çətinliklərlə üzləşdiyini, dövlətimizi parçalamaq cəhdlərinin olduğunu, işğal və separatçılıq faktlarını diqqətə çatdırıb. Azərbaycan xalqının həmrəyliyi, birliyi sayəsində bu kimi təhdidlərin aradan qaldırıldığı vurğulanıb. Sözsüz ki, bu amil ölkəmizdə milli maraqların qorunmasının hər zaman əsas vəzifə olması amilini də təsdiq edir.

    Tədbirdə iştirak edən cənab İlham Əliyev bir çox vacib məsələlərə toxunaraq bildirmişdir ki, “Məmnunam ki, burada 100-dən artıq ölkənin nümayəndəsi var. Əslində, bu, 110 ölkədir. Bu, sözün əsl mənasında göstərir ki, Forum çox mühüm beynəlxalq platformadır və orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur. Biz indi qısa videoçarx seyr etdik, orada “Bakı Prosesi” haqqında bəhs olunur. Əslində, biz prosesi başlayanda heç təsəvvür edə bilmirdik ki, onun nəticəsində insanları - ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirəcəyik, bir məqsəd ətrafında toplayacağıq ki, necə edək bizim dünyamız daha təhlükəsiz olsun. Çünki bunun əsasında mədəniyyətlərarası dialoq dayanır. Mən burada Forumun proqramına baxdım. Görürəm, o, çox geniş proqramdır, bir çox sahələri əhatə edir. Gündəlik həqiqətən genişdir - mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka. Mən məhsuldar müzakirələr arzu edirəm. Əminəm ki, bu müzakirələr və o cümlədən Forum zamanı irəli sürülən ideyalar bizə yanaşmaları formalaşdırmağa imkan verəcək ki, mədəniyyətlərarası dialoqu necə gücləndirək, biz necə edək ki, mövcud və potensial hədələri aradan qaldıraq? 2019-cu ildə Bakıda görüşümüzdən sonra əfsuslar olsun ki, dünya təhlükəsiz olmayıb. Əfsuslar olsun ki, biz yeni münaqişələri görürük, yeni qeyri-sabitlik məkanlarını görürük və yeni təhdidləri görürük. Əminəm ki, hörmətli nümayəndələrdən ibarət auditoriya öz töhfəsini verəcək, ideyalar və yeni yanaşmalar formalaşacaq ki, qlobal gündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantları tapılsın”. Qeyd etmək lazımdır ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hal-hazırda dünyada baş verən gərgin və ziddiyyətli bir dönəmdə müxtəlif xalqlar, etnoslar arasında qarşılıqlı anlaşmanı təşviq edən, dini, mədəni və etnik amillərdən irəli gələn müxtəlifliklərdən ərsəyə gələn düşüncələrin həyata keçirilməsində təsirli vasitə kimi faydalanmağın yollarını özündə əks etdirən unikal müzakirə platformasıdır. Ölkəmiz multikultural ənənələri ilə özünü dünyada tanıtmışdır. Azərbaycan Foruma ev sahibliyi etməklə mədəniyyətlərarası dialoqa töhfə verərək dünyada baş verən qlobal əhəmiyyətli məsələlərin həllində fəal iştirak edir. Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda ölkəmiz üçün vacib və əhəmiyyətli beynəlxalq tədbir hesab etmək olar. Çünki son zamanlarda ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirilib. Ölkəmiz bu tədbirlərə ev sahibliyi edib. 

    Ölkəmizdə mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq plaforma yaradılıb.VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aparılacaq müzakirələr bu sahədə olan qlobal problemləri müəyyən edərək əməkdaşlıq, hərməylik, tərəfdaşlıq və qarşılıqlı anlaşmanın gücləndirilməsi istiqamətində təkliflər verilərək xalqlar, dinlər, mədəniyyətlər və etnik amillər arasında əlaqələrin yaxşılaşdırılması istiqamətində böyük töhfə verəcək.

     
    Alim Məmmədov,
    Masallı Rayon Mərkəzi Xəstəxanasının Əməliyyatxana bölməsinin müdiri

    PAYLAŞ:

    Oxşar xəbərlər